Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən dəmir sexində partlayış baş vetib...
Lakin obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb. Tezadlar.az bildirir ki, FHN-nin məlumatında belə deyilir. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Sitat: "Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə ətrafa yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Yanğınla mübarizə tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd olunub. Hadisə baş verən vaxt ərazidə heç kim olmayıb. Yanğına səbəb dəmir sexindəki partlayış olub. Məlum olur ki, obyektin icarədarı Türkiyə vətəndaşı Sinan Kartaldır. Kartal deyib ki, yanğın baş verən obyekt anbar və dəmir sexi kimi fəaliyyət göstərib: "Obyektin arxa tərəfindəki dəmir sexində yaranan partlayış bizim anbara da sıçrayıb. Yanğın təxminin 14:30 radələrində başlayıb. Daha sonra Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəldi, lakin tıxaca görə biraz gecikdilər. İçəridə taxta, boya, eləcə də mebellər var idi".