İsrail Müdafiə Ordusu (SAXAL) Livanın "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın öldürüldüyünü rəsmi olaraq təsdiqləyib.

Tezadlar.az CNN- ə istinadla bildirir ki,  bu barədə İsrailin SAXAL təşkilatının"Telegram" kanalında bəyan edilib. Məlumatda deyilir: "Həsən Nəsrullah dünən (27 sentyabr) İsrail HHQ-nin Beyruta zərbəsi nəticəsində məhv edilib".
 Hansı ki, daha əvvəl bildirilmişdi ki, İsrailin Beyrutun cənubuna hava zərbəsi nəticəsində "Hizbullah" liderinin həyat yoldaşı və qızı da həlak olublar. İsrail Hərbi Hava Qüvvələrinin dünən Beyrutun Dahiya bölgəsinə endirdiyi hava zərbələrindən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanının əməliyyat üzrə müavini general Abbas Nilfuruşanın ölümü ilə bağlı xəbərlər yayılıb.

 Qeyd edək ki, Həsən Nəsrullahın hədəf alınmasından sonra İranın ali rəhbəri fövqəladə iclas çağırıb. Eləcə də İran prezidenti İsraili sərt cavabla hədələyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN