"Hizbullah"ın rəhbər şəxsləri də rəsmi olaraq lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.

Tezadlar.az İRNA Agentliyinin açıqıamasına istinadla xəbər verir ki, Hizbullah İsrailə qarşı döyüşməyə və Livanı müdafiə etməyə davam edəcəyinə söz verib. İranın dini lideri Ayətullah Əli Xamenei isəmüsəlmanları İsrailə qarşı Livan xalqının və Hizbullahın yanında olmağa çağırıb. O qeyd edib ki, regionun taleyini müqavimət qüvvələri həll edəcək. Bu arada, İranın Ali Lideri Əli Xamenei iqamətgahını gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı ölkə daxilində təhlükəsiz yerə köçürüb.

Dünya mediası onu da yazır ki, İranda da vacib obyeklər və dövlət qurumları da İsrailin təxribatlarından müdafiə olunmaq üçün lazımi təhlükəsizlik tədbirləri görməkdədirlər.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN