Qərbi Azərbaycan mövzusunun körüklənməsi Ermənistanda ciddi siyasi narahatlıq yaratmaqdadır...

Tezadlar.az "Sputnik Armeniya"ya istinadla bildirir ki,  "İrəvan sülh sazişinin razılaşdırılmış hissəsinin imzalanması ilə bağlı Bakı dan siyasi iradə nümayişini görmür və "Qərbi Azərbaycan" haqqında söhbətlər Ermənistana qarşı ərazi iddiaları təəssüratı yaradır",- deyən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxış edərkən bu barədə ciddi narahatlığını ifadə edib. Sitat: bildirib: "Artıq görürük ki, Azərbaycan tərəfi yeni tələblər irəli sürərək sazişi imzalamaq istəmir. Rəsmi Bakıdeyir ki, sənəd layihəsinin bütün bəndləri razılaşdırılmalıdır. Amma dünyada elə bir saziş yoxdur ki, tərəflər arasındakı bütün problemləri tənzimləsin. Biz bu sənədi imzalamağı və sonra digər məsələlər üzrə danışıqlar aparmağı təklif edirik".

 Mirzoyan onu da deyib ki, Azərbaycanın Ermənistanın ərazilərinə dair gələcək planları ilə bağlı Ermənistanda və erməni cəmiyyətində narahatlıq var. Sitat: "Bu gün Azərbaycan tərəfi  "Qərbi Azərbaycan"dan danışır, onların fikrincə, bu, Ermənistanın demək olar ki, bütün ərazisini əhatə edir. Onlar bildirirlər ki, bunlar ərazi iddiaları deyil, amma təəssürat tam əksinədir".

Amma o da var ki, Mirzoyan digər tərəfdən isə ümid edir ki, Bakıda COP29 iqlim sammiti sülh prosesinə töhfə verə bilər. O xatırladıb ki, Ermənistan bu sammitin Bakıda keçirilməsi məsələsində Azərbaycanı dəstəkləyib.

Bax belə... Qarabağ və Qərbi Azərbaycan Azərbaycandır!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN