Ukraynanın araşdırmaçı jurnalistləri Kiyevin meri Vitali Kliçkonun müavini Vladimir Prokopivin paytaxtda külli miqdarda daşınmaz əmlak ələ keçirdiyini tapıblar....

Tezadlar.az Bihus.Info- ya istinadla xatırladır ki, bu fakt istintaqa da gedib çıxıb. Prokopiv 2014-cü ildən Kiyev Şəhər Şurasının deputatıdır, 2021-ci ildən isə Vitali Kliçkonun müavini vəzifəsində çalışır.
Müstəntiqlərin fikrincə isə, 2015-ci ildə "VP SERVICE" MMC şirkəti Prokopivin qayınatası Andrey Şturmayın adına qeydiyyatdan keçib. Sonradan bu şirkət üçün ümumi sahəsi təxminən 600 kv.m olan mənzil və ofislər qeydiyyata alınıb. Bunlar paytaxtın müxtəlif ərazilərindədir. 2020-ci ildə şirkət, həmçinin 150 kv.m.- lik daşınmaz əmlak da alıb (mərkəzdəki "Tetris Hall" yaşayış kompleksində). Üstəlik, şirkətin qayınatasının adına qeydiyyatdan keçdiyi dövrdə onun başqa işi olmayıb - lakin Bihus.İnfo mənbələrinə görə o, "İvanofrankovskqaz" ASC-dən maaş alıb. Prokopivin özünün dediyinə görə, qayınatası uzun illərdir ki, xaricdə tikinti sənayesində işləyir. Daha sonra Prokopivin qayınanası Stella Şturmay Novaya Xodosovka kottec qəsəbəsində fərdi evin sahibi olub. Sahəsi təqribən 190 kv.m-dir və alınma tarixinə təxmini bazar dəyəri 180 min dollardan başlayır. Qayınananın son məlum vəzifəsi İvano-Frankivsk 3 saylı incəsənət məktəbində tədris və istehsalat işləri üzrə müavinliyidir. Orada 2018-ci ilə qədər ayda 20 min qrivnadan çox olmayan maaşla işləyib.
Prokopivin həyat yoldaşı Vera da mülkün sahibidir. O, şəxsən Teremki yaşayış kompleksində ticarət obyektinə malikdir. 600 kvadrat metr sahə ona 13 milyon UAH-a başa gəlib. Vera Prokopiv “Happy House” yaşayış kompleksində üçotaqlı mənzilə də sərmayə qoyub. 2022-ci ilin yayında o, bunun üçün təxminən 2 milyon UAH ödəyib, baxmayaraq ki, o zaman inşaatçı bu yaşayış kompleksindəki mənzilləri iki dəfə baha satırdı.

Bundan əlavə, jurnalistlər sensasiya kimi yazırlar ki, "VP GROUP” MMC mer müavininin arvadının adına rəsmiləşdirilib. Tammiqyaslı işğalın ikinci günündə şirkət “Signature” yaşayış kompleksinin tikintisinə sərmayə qoyub. Bu yaz Vera Prokopiv 70 kv.m-lik başqa bir ticarət sahəsi də əldə edib. Metropol yaşayış kompleksində, həm də şəhərin mərkəzində.
Prokopiv özü müstəntiqləri inandırır ki, o, daşınmaz əmlak üzrə mütəxəssisdir və sadəcə olaraq düzgün sövdələşmə aparmağı bacarır...

XXX 

...Sensasiya kimi müzakirə edilən bu faktları oxuyandan sonra istər- istəməz Azərbaycanda həbs edilən icra başçılarının təkcə kabinetində ələ keçən milyonlarla dollar pul vəsaitini yada salmalı oluruq. Nəslinin- nəcabətinin adına olan çoxsaylı mülkləri, göydələnlərdəki bütov bir mərtəbədəki mənzilləri, bahalı avtomobilləri və s. yada salanda adamın Kiyev meri müavininə yazı gəlir. Bu yazıq nə mülkə malikdir ki?! Bu işi araşdıran jurnalistlər təkcə bir deputatımızın London məhkəməsində müsadirə edilən pulunu görsəydilər, yəqinki onları təəccüb bürüyərdi...

Nə isə...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN