Belə hadisələrə son vaxtlar çox rast gəlinir...

Tezadlar.az xatırladır ki, hadisə Gürcüstanda baş verib. Belə ki, Marneuli Bələdiyyəsinin Candar massivində yaşayan iranlı iş adamı Pedro Nadirinin evinə əl qumbarası atılıb, avtomobilini isə yandırmağa cəhd ediblər. İş adamı yerli mediaya bildirib ki, hadisə 8 oktyabr gecə saatlarında baş verib. Gözəllik salonuna sahib olan iş adamının sözlərinə görə, bir neçə gün bundan öncə bir nəfər gənc ona zəng edərək külli miqdarda pul tələb edib: "Bir nəfər gənc oğlan mənə xarici nömrədən zəng etdi, bir neçə ad çəkdi, onları tanımıram. Məndən 100 min dollar istədilər, dedim yoxdur, dedi tapmalısan və sənə vaxt veririk. Üç gün əvvəl evimizə əl qumbarası atdılar, xoşbəxtlikdən partlamadı. 8 oktyabr gecəsi isə həyətdəki avtomobilimizi molotov kokkteili ilə yandırmağa cəhd etdilər, lakin aralı düşdüyündən avtomobilə heçnə olmadı. Məlumatları polisə vermişik, təhlükəsizlik kameralarına düşən görüntüləri də polis götürüb, bildiyimə görə artıq bir nəfər saxlanılıb".

Son bir ay ərzində Marneulidə buna bənzər bir neçə hadisə baş verib, faktlarla bağlı 4 nəfərin saxlanıldığı bildirilir. Amma onlara hansı cəza vüeirilib, bu məlum deyil...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN