"Ötən il Bakıda avtobus, metro, taksi və piyada gedişlərlə ümumilikdə 2 milyarda yaxın səfər olub..."
Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev belə deyib. O, bildirib ki, bunun 52%-i taksi və fərdi nəqliyyat vasitələri, 28%-i isə ictimai nəqliyyatla həyata keçirilib. Sitat: "Bu göstəriciləri taksi və fərdi nəqliyyat vasitələri üzrə 16%-ə endirmək, ictimai nəqliyyat üzrə isə 41%-ə qaldırmaq planımız var... Əsas məqsədimiz isə Bakının mərkəzinə fərdi nəqliyyat vasitələri ilə girişin azaldılmasıdır...".
Beləliklə, Anar Rzayev bilməmiş deyil ki, Bakını mərkəzə doğru tikməklə və göydələnlərlə doldurmaqla paytaxtı süni əhali sıxlığı ilə imtahana çəkiblər... Və bu sıxlığın sakinlərinin hər birinin avtomobili varsa, onlar şəhərdə bu avtomobilləri idarə etməsinlərmi? Bəlkə, Bakı fərdi nəqliyyat vasitələri üçün birdəfəlik qadağalansın?!
A.Məmmədli