Tezadlar.az-ın dünənki buraxılışında ömrünü Azərbaycanın tikinti sənayesinə həsr etmiş 75 yaşlı Hüseynli Rauf Murtuz oğlunun Azərbaycan Beynəlxalq Bankında əmanət qoyandan 3 dəqiqə ərzində 12 min manat pulunun necə oğurlanması müsibətindən yazmışdıq...

Belə ki, şikayətçi yazırdı: "Hörmətli "Təzadlar"! Mən Bakı şəhəri, Qarabağ küç.8 ünvanında yaşayıram. Uzun illər illərdir pensiyamı kartla ABB Bankdan alıram. Mənə məlum idi ki, pensiya bank hesabıma nə pul mədaxil, nə də həmin bankın kartsız məxaric etmək mümkün olmur. Bunu nəzərə alaraq, ABB Bankı çox etibarlı bank hesab edərək, 10.11.2023-ci il tarixində Azərbaycan Beynəlxalq Bankın Gənclik filialında debet kart üçün bank hesabı açmışam. (Həmin Bank hesabın №AZ52İBAZ33881019441875133206). Hesab açıldıqdan sonra mənə dedilər ki, kartı üç gün sonra 14.11.2023-ci il tarixində, saat 14-00-dən sonra ala bilərəm. Mən bir gün sonra 13.11.2023-ci il tarixində həmin Bank hesabıma 11000 AZN məbləğində pul vəsaiti yerləşdirdim, saat 12-00 radələrində (Həmin yerləşdirdiyim məbləğin mədaxil qəbzin surəti tələb olunan zaman təqdim oluna bilər). Hələ bank kartımı sabahısı gün, saat 14-00 dan sonra aldığıma baxmayaraq, saat 15-00 (pul məbləğini yerləşdirdikdən cəmi 3 saat sonra) mənə Bankdan SMS gəldi ki, kartımın «OTP» kodu filandır... Mən hələ mesajdakı koda baxmamış, dərhal üstündən 2-i dəqiqə sonra SMS gəldi ki, mənim hesabımdan 10500 AZN pul məbləği çıxıb və 2-i dəqiqədən sonra yenə SMS gəldi ki, mənim hesabımdan daha 450 AZN pul məbləği çıxarıldı və hesabımın balansında 50 AZN pul qaldı...".

Bu gün Rauf Hüseynli KONTRANST TV-nin qonağı oldu. Tezliklə efirimizdə sensasion müsahibə və açıqlamalarla tanış ola biləcəksiniz...

"Təzadlar"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN