Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev bu gün paytaxt sakinlərinə bəd xəbər mesajlı açıqlama verib...
Sədr deyib: "...Əsas məqsədimiz Bakının mərkəzinə fərdi nəqliyyat vasitələri ilə girişin azaldılmasıdır...".
Bunu hansısa məntiqlə başa düşmək müşkül məsələdir. Tezadlar.az əməkdaşlarının apardığı müşahidələr isə təsdiqləyir ki, bu praktiki və faktiki mümkünsüz məsələdir. Məsələn, Bakının guya tıxaclarını aradan qaldırmağı qarşısına bir nömrəli məqsəd kimi qoyan AYNA rəhbərliyi real olaraq fəaliyyətini və niyyətini küçələrin parkovkalaşmasına və velosiped- avtobus -xətləşdirilməsinə həsr edən bu qurum, sadəcə, hələki "keçəl başda dəlləklik" sınağını həyata keçirməkdədir. Tezadlar.az bir neçə dəfə yazıb, AYNA- nın parkovka siyasıtinə görə, Bakıda həyətlər şlaqbaumlaşdırılmaqdadır... Bu da azmış kimi, AYNA- çılar, məsələn, tıxacla yüklü Xocalı pospektindəki kimi, bir çox prospektlərin 4 zolağını əsassız və məntiqsiz olaraq velosiped, BUS və parkovka üçün cızıqlayaraq şəxsi nəqliyyat vasitəsi sürücülərinə bir zolaq saxlamaqla süni tıxaclara rəvac verməkdədir. Məqsəd nədir?
Bunu daqoyaq bir kənara. İndi AYNA rəhbərliyinə sual ünvanlayırıq: "Beton yol" kimi tanınan magistral yolun texniki əhəmiyyəti hər kəsə bəllidir. Bu yol Abşeron yarımadasına uzanan axının ən vacib daşıyıcısıdır. İndi AYNA mütəxəssisləri (?) dünındın həmin 3 zolaqlı yolu Naxçıvanski adına Ali Hərbi Akademiyadan başkayaraq aeroport yolunadək olan məsafəni qadağalı zolaqla xətləyib... Təxminən 15 km məsafədə həmin zolağa keçmək qadağalıdır. Tutalım, avtomobilində nasazlıq hiss edən kimsə 90 km- saat sürətli bu zolağa keçmək istəyir, o nə etməlidir??? Və sair suallar...
XXX
...Qısası, hələ dı məntiq tapa bilmirik ki, AYNA rəsmiləri "Beton yol"u zolaqlamaqlaə demək istəyiblər?! Həmin zolağı məcburən tapdalayan sürücüləri cərimələtməkmi?! Bu gün 1 saat müşahidə apardıq, həmin zolaqda hansısa avtobus və ya digər strateji yük daşıyıcısına (təcili yardım, BUS, FHN, PPX və s.) rast gəlmədik. Elə isə, AYNA və ya DYP rəsmiləri paytaxtın binəva sürücülərindən nə istəyirlər???
Çalışıb cavab tapacağıq.
A.Məmmədli