Bakıda günü-gündən avtomobil çoxalır. Bunun nəticəsində də sürücülər üçün maşının parklanmasında problem yaranır.

TEZADLAR.AZ xəbər veriri ki, bu barədə AYNA-nın məlumatında deyilir.

Sevindirici haldır ki, bu problemin həlli istiqamətində mühüm işlər görülür. Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi tərəfindən (AYNA) paytaxtın bir çox yerlərində avtomobilləri saxlamaq üçün yeni və müasir parklanma məntəqələri salınır.

Qeyd edək ki, Alı Mustafayev küçəsində 17 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb. Bundan başqa, Mərdanov qardaşları küçəsində 1 məntəqədə yol nişanı quraşdırılaraq ödənişli parklanma tətbiq edilib. Əlavə olaraq, Mərdanov qardaşları, Yusif Məmmədəliyev və Alı Mustafayev küçələrində mövcud parklanma məntəqələrində 5 ədəd məlumat lövhəsi yol nişanı quraşdırılıb.

Paytaxtın Mikayıl Müşfiq küçəsində isə 2 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb.

Bu istiqamətdə işlər davam etdiriləcək.

ayna-parkinq-yeni

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN