Dünən "Gürcü arzusu" partiyasının üzvləri və Rustavi şəhərinin meri Nino Latsabidze, seçki kampaniyası çərçivəsində Rustavidə yerli azərbaycanlılarla görüş keçirib.

Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, sözügedən görüşü işıqlandıran "Rustavi2" telekanalı iştirak edən Gürcüstan azərbaycanlılarını "diaspora" kimi təqdim edib. Xəbər başlığında ""Gürcü Arzusu" üzvləri Rustavidə Azərbaycan diasporasının nümayəndələri ilə görüşüb" deyə qeyd olunması Gürcüstan azərbaycanlıları tərəfindən sərt etirazla qarşılanıb. Bu barədə Azərbaycanın Gürcüstandakı Səfirliyinə və TV-kanalın rəhbərliyinə şikayət edilib.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN