...Məhərrəmova Tükəzban Ələkbər qızı satın alınan malın dəyərini ödəmək istəyərkən, ona hüquqi şəxsin kart məlumatları əvəzinə "Azcosmetics" MMC-nin servis şöbəsinin işçisi

Mustafayev Rəşad Tofiq oğlunun kart məlumatları (Yelo Bank; 41********090699; Hesab nömrəsi: 20-486277-1) təqdim edilib..

 Bu günlərdə "Təzadlar" qəzeti redaksiyasına daha bir ictimai əhəmiyyət daşıyan şikayət məktubu daxil olub. Məktubdan belə aydın olurdu ki, Bakıda Tibbi və Estetik cihazların alqı-satqısı ilə məşğul olan “Azcosmetics” MMC ((VÖEN:1303471401) şirkəti qanunsuz ticarət əməlləri həyata keçirərək, külli miqdarda pulları vergidən yayıdırır. Məsələn, bəlli olurdu ki, , "Azcosmetics" MMC-dən alğı-satqı münasibətləri çərçivəsində "Centrifuge 80-2C" adlı cihazı əldə edən alıcı Ələsgərova Aynurə Həsənağa qızı, bu şirkətdən satın aldığı malın qiymətini ödəmək üçün şirkətin kart məlumatlarını istəmişdir. Əvəzində isə, şirkət tərəfindən ona hüquqi şəxsə məxsus kart məlumatları yerinə,, həmin şrkətin işçisi olan fiziki şəxsin (Tərlan Əhmədov) kart məlumatları (Kapital Bank; 5239-1517-8234-7564; Hesab nömrəsi: 38810944011023460103) təqdim edilmişdir bu halda, mal üzrə ödəniş alıcı tərəfindən fiziki şəxsin bank hesabına köçürülmüşdür (həmin şəxsin faktiki ünvan: Qala Pirallahı şossesi, mənzil-3,ev-3). Daha sonra malın qiymətinin qalıq hissəsini ödəmək üçün alıcı A.Ələsgerova yenidən "”Azcosmetics”" MMC-yə gedir. Orada ödənişi nəğd şəkildə həyata keçirdikdən sonra, ona bununla bağlı nəzarət- kassa çeki təqdim edilmir... Nəhayət, bir neçə gün sonra isə yuxarıda adı qeyd olunan cihazda nasazlıqlar aşkar edilir. Bu səbəbdən də alıcı ödədiyi vəsaiti geri istəyir və bu pul ona yenidən şirkətin işçisi və fiziki şəxs sayılan Tərlan Əhmədovun şəxsi kart hesabından alıcının hesabına köçürülür. Geri qaytarılma əməliyyatını təsdiq edən qəbzin surəti redaksiyamıza təqdim edilmişdir. 

XXX 

"Göründüyü kimi, “Azcosmetics" MMC şirkəti açıq-aşkar vergidən külli miqdarda pullar yayındırır. Əgər "Azcosmetics" MMC şirkətinin rəhbəri Kənan Zeynalov vergi ödəmələrini bu üsulla gizləyirsə, deməli, ən azı düşmən dəyirmanına su tökür.

 Beləliklə, bu nəticəyə gəlmək olar ki, Kənan Zeynalovun rəhbəri olduğu “Azcosmetics" MMC-nin yol verdiyi bu hüquqazidd əməlləri təkcə Aynurə Ələsgərovaya deyil, digər alıcılara qarşı da həyata keçirilmişdir. Belə ki,, başqa bir alıcı Məhərrəmova Tükəzban Ələkbər qızı da satın alınan malın dəyərini ödəmək istəyərkən, ona hüquqi şəxsin kart məlumatları əvəzinə "Azcosmetics" MMC-nin servis şöbəsinin işçisi olan fiziki şəxsin (Mustafayev Rəşad Tofiq oğlu) kart məlumatları (Yelo Bank; 41********090699; Hesab nömrəsi: 20-486277-1) təqdim edilmişdir

 Qeyd edilən faktları nəzərə alaraq, bizdə əsaslı şübhələr yaranmışdır ki,, "Azcosmetics" MMC tərəfindən məqsədli olaraq, qanunvericilikdə nəzərdə tutulmuş əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmamış,, nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl edilməmişbununla da vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur.  

 İndi görək "Vergi Məcəlləsi"ndə hansı hüquqi vəzifələr müəyyən edilib...  Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən,, bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri,, vergi agentləri və onların nümayəndələri,, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə, bu Məcəllə ilə,,həmçinin  Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi,, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.3-maddəsinə əsasən, inzibati xəta haqqında üzrə icraata başlamağa səbəblərdən biri fiziki ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlardır.

Elə məhz bu qanuna görə də, inanırıq ki, saytımızda və qəzetimizdə dərc olunan bu yazı, vergi qanunvericiliyinin tələblərini pozan "Azcosmetics" MMC-nin rəhbəri Kənan Zeynalov haqqında ciddi tədbir görülməsinə səbəb olacaq. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 205-ci maddəsinə əsasən, isə cinayət işinin başlanması üçün səbəblərdən biri Törədilmiş ya hazırlanan cinayətlər haqqında hüquqi şəxslərin (vəzifəli şəxslərin) məlumatlarıdır.

Bunu da qeyd edim ki,, göstərilən məsələ ilə bağlı vətəndaşlar bizim bu yazımızı dərc etməklə problemi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin,, Azərbaycan Respublikasının Mərkəzi Bankının,, Dövlət Vergi Xidmətinin,, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin,, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin diqqətinə çatdırmağımızı istəyirlər.

. Şikayətçilərin özlərinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladıqları müraciətinə cavab olaraq bildirilmişdir ki, bu məsələ aparılacaq növbəti vergi nəzarəti tədbirləri zamanı araşdırılması məqsədilə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Baş Gəlirlər İdarəsi tərəfindən nəzarətə götürülmüşdür. Amma çox təəssüf ki, araşdırmanın nəticəsi barədə şikayətçilərə xeyli müddətdir hələ heç bir məlumat  bildirilməmişdir.

Sonda şikayətçilər yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Azcosmetics" MMC tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının müəyyənləşdirilməsi məqsədilə qeyd olunmuş məlumatların araşdırılmasını bu məsələ ilə bağlı müvafiq dövlət orqanlarına müraciət etməyinizi xahiş edirlər.

İnanırıq ki, adı çəkilən qurumlar "Azcosmetics" MMC rəhbərliyinin yol vediyi bu qanunsuzluqlar barədə tezliklə tədbirlər görəcəklər və günahkarıar çox ciddyi şəkildə cəzalanacaqlar.

*** 

"Media haqqında" qanunun tələblərinə uyğun olaraq, əks tərəf kimi "Azcosmetics" MMC-nin rəhbəri Kənan Zeynalovun adı çəkilən şikayətlərlə bağlı mövqeyini öyrəndim. K.Zeynalovun dedikləri: “Deyilənlərin heç bir əsası yoxdur. Bunlar mənə və şirkətimizə qarşı şər və böhtandır. Bu küləyin  haradan əsdiyini də bilirəm. Adlarını çəkdiyiniz şikayətçilərin qeyd etdikləri faktlar iki il bundan əvvəl olan məsələlərdir. O vaxt mən Aynurə Ələsgərovanı şər və böhtana görə polisə vermişdim. Nəsimi Rayon Polis İdarəsində həmin xanımı 50, ya da 55 manat cərimə etmişdilər. Söz vermişdi ki, bir də belə hərəkət etməyəcək. Tükəzban Məhərrəmovanı isə məhkəməyə vermişəm, qalib gəlmişəm. Çünki dediklərini məhkəmədə sübut edə bilmədi. Mən dövlətin vergisini də tam qanuna uyğun olaraq, vaxtlı-vaxtında ödəyirəm. Sizə deyilənlərin hamısı yalandır və bunlar mənə rəqib olan şirkətin məni gözdən salmaq üçün etdikləri faydasız addımlardır”.

-Kənan bəy, o hansı şirkətdir ki, sizə rəqibdir və düzgün olmayan mübarizə üsulu seçiblər?

-Həmin şirkət "Azestetik" MMC-dir. Onlar mənim haqqımda həqiqətə uyğun olmayan yazılar və məni təhqir etmək üçün montaj edilmiş videolar yayırlar.

- Kənan bəy, niyə iki şirkət gücünüzü uğurlarınıza, daha da inkişaf etməsinə yox, bir-birinizlə mübarizəyə sərf edirsiniz? Indi mən o şirkəti tanımıram. Təbii ki, onların da bu məsələ ilə bağlı mövqelərini  öyrənəcəyəm. Necə bilirsiniz, bəlkə o şirkətin rəhbəri ilə də danışaraq media olaraq sizləri barışdıraq?

- Bilirsiniz, vəziyyət necədir? Mən öz şirkətimi tək idarə edirəm və  burada söz sahibiyəm. Amma rəqib şirkətdə idarəçilik şəriklidir. Şərikin biri Rəşad çox yaxşı insandır. İstər məhkəmədə, istərsə başqa bir yerdə rastlaşanda əl verib görüşürük, bir yerdə çörək də yemişik. Ondan heç bir narazılığım yoxdur. Amma Rəşad şirkətdə tək söz sahibi deyil. Ona görə də hər hansı barışığın olacağına inanmıram. Məndə qarantiya yoxdur ki, onlar indi verdiyi sözü bir saatdan, bir gündən sonra danacaqlar.

- Kənan bəy, bizim birsaylı problemimiz Qarabağ problemi idi. O da Prezidentimizin bacarıqlı komandanlığı, şəhidlərimizin, qazilərimizin və veteranlarımızın qəhrəmanlığı  sayəsində həll olundu. Bu konteksdən yanaşanda, sizin aranızda problem yox, fikir ayrılığı görürük ki, onu da yoluna qoymaq üçün cəhd edərik.  

-Mənim də mövqeyimi öyrəndiyinizə görə  sizə təşəkkür edirəm. Siz problemə əsl peşəkar jurnalist kimi yanaşırsınız.

-Sizə də ətraflı mövqe bildirdiyinizə görə təşəkkür edirik...

***

Artıq "Azcosmetics" MMC rəhbərinin mövqeyini də təqdim etdik. Biz hər iki tərəfin fikirlərini sizlərə çatdırdıq. Nəticəni qoy oxucular müəyyən etsin... 

 Hazırladı: Elçin MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN