Son illər Gürcüstana köçüb yaşamaq istəyən Rusiya vətəndaşlarının sayı durmadan artır...

Tezadlar.az Gürcüstan Dövlət Sttaistika Departamentinin hesabatına istinadla bildirir ki, təkcə 2022-2023-cü illərdə 114 900 Rusiya vətəndaşı yaşamaq üçün Gürcüstana gəlib. Bu barədə həm də barədə İnformasiya Azadlığının İnkişafı İnstitutu (IDFI) tərəfindən araşdırma dərc olunub. IDFI-nin araşdırmasına görə, hesabat dövründə Gürcüstanı 41,3 min Rusiya vətəndaşı tərk edib, 73,7 min vətəndaş isə yaşamaq üçün ölkədə qalıb.

Ekspertlər hesab edir ki, bu axın Ukraynadakı müharibə ilə bağlıdır. Çünki ölkədə iqsidai vəziyyətin pisləşməsi ilə yanaşı, həm də ədalətsiz və mənasız müharibənin qurbanı olmaq istəməyənlər bu yolu seçirlər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN