Cənubi Koreya polisi bir qrup deputatın fitnə-fəsad törətməkdə ittiham etməsindən sonra ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı ölkə prezidenti Yoon Seok-yeol barəsində araşdırmalara başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli İstintaq Agentliyinin direktoru Vu Çonq Su bildirib.

“Biz araşdırmanı qanuna və prosedura uyğun olaraq diqqətlə aparacağıq”, - “Çosun İlbo” qəzeti polisin sözlərindən sitat gətirib.

Vu Çonq Su vəziyyətin "görünməmiş" olduğunu və buna görə də işin onun departamentinin təhlükəsizliyinə cavabdeh olan şöbəyə həvalə edildiyini söyləyib.

Bundan əvvəl müxalifət deputatları Milli İstintaq Agentliyinə prezident Yoon Seok-yeola, keçmiş müdafiə naziri Kim Yong-hyuna, hərbi vəziyyətə nəzarət etmək üçün təyin edilmiş ordu qərargah rəisi Park An-soya, daxili işlər naziri Li Sanq-min-ə və başqalarına qarşı rəsmi qiyam ittihamı irəli sürüblər.

Qeyd edək ki, müxalifət bundan əvvəl impiçment proseduruna başlamışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN