Tbilisidə davam edən etiraz aksiyalarında vətəndaşlara qarşı zorakı davranışlar, habelə saxlanılmalarında iştirak edən xüsusi təyinatlılar və onların rəhbərlərinin siyahısı sızdırılıb.

Tezadlar.az 24News.ge-yə istinadla bildirir  ki, siyahını "Mtavari Arxi" telekanalı yayıb. Telekanal bildirib ki, onlara siyahını Daxili İşlər Nazirliyindən gizli mənbə göndərib: "Bu zorakılıq törədənlər artıq bir həftədən çoxdur ki, ölkənin qeyri-legitim hakimiyyəti tərəfindən Gürcüstanın Rusiyaya təslim edilməsinə etiraz edən insanlara amansızlıqla divan tutur. İvanişvilinin xüsusi təyinatlıları şəxsiyyətlərin tanınmaması üçün identifikasiya nömrələri və maskalar olmadan fəaliyyət göstərirlər. Lakin indi onların adlarını bütün Gürcüstan, həmçinin onların ailələri, dostları və yaxınları biləcək. Biz hesab edirik ki, yıxılan gənclərin üzünə təpiklə zərbə vuran, məqsədli şəkildə qaz kapsullarını atan, qadağan olunmuş kimyəvi maddələrlə insanları zəhərləyən və saxlanıldıqdan sonra qandallanmış şəxslərə amansızcasına divan tutan zorakılıq törədənlərin adlarını və soyadlarını hamı bilməlidir. Onlarla yaralı bu gün də müalicə olunur, 22 yaşlı bir gənc isə hələ də komadadır".

Məlumatda o da vurğulanır ki, xüsusi təyinatlıların tabe olduğu baş idarənin rəhbəri İoseb Aravişvilidir, Birinci bölməyə isə Polis polkovniki Zurab Giorgi oğlu Şiukaşvili, Polis baş leytenantı Giorgi Nodar oğlu Çabukaşvili rəhbərlik edir.

Ölkədə etirazlar isə səngimir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN