Türkiyə və Suriya silahlı qüvvələri Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlıları döyüşləri dayandırmasa, onlara qarşı birgə hərbi əməliyyat keçirə bilər.
Tezadlar.az “Hürriyet”-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan danışıb.
“PKK silahı yerə qoymasa, Suriyada fərqli bir idarəçiliyə təkan verməyə davam edərs, Suriya dövləti ilə birgə genişmiqyaslı hərbi əməliyyat qaçılmaz olacaq”, - o qeyd edib.
Bundan əlavə, Qərb ölkələrinin Suriya kürdləri ilə bağlı “tələbləri” əməliyyat üçün şərt ola bilər, lakin nəşr konkret nəyin müzakirə olunduğunu açıqlamır. Eyni zamanda, Hakan Fidanın fikrincə, Türkiyənin Suriyadakı fəaliyyətinin məqsədi heç vaxt Ankaranın terror təşkilatı kimi tanıdığı PKK-nın ölkədə mövcudluğu olmayıb.
Bundan əvvəl Suriyanın yeni hakimiyyət orqanları PKK-dan silahları yerə qoymağı tələb edirdi. Eyni zamanda, kürdlərlə hər hansı güzəştə getmək imkanını da nəzərdən keçirmirlər.
E.ŞİRİNOV