Ermənistan Azərbaycana sazişin iki bəndi üzrə təkliflər göndərib

İrəvan Bakıya sülh sazişi layihəsinin razılaşdırılmamış iki bəndi üzrə təkliflər göndərib və müsbət cavab olarsa, onu imzalamağa hazırdır.

Tezadlar.az "Armenpress"-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Biz sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsinin həllini təklif etmişik və Azərbaycan müsbət cavab verərsə, onu imzalamağa hazırıq", - Paşinyan bildirib.

O əlavə edib ki, Azərbaycanın Ermənistanla bağlı öz anlayışı var və İrəvanın Bakını özünəməxsus şəkildə qəbul etməsi - bu, uzun illər münaqişəyə səbəb oldu.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN