Finlandiya-Rusiya sərhədi ölkə hakimiyyətinin qorxduğu təhdidlərə görə yaxın gələcəkdə bağlı qalacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə jurnalistlərə Finlandiyanın baş naziri Petteri Orpo bildirib.

"Təhlükənin qiymətləndirilməsi dəyişməyib. Rusiyanın hərəkətləri dəyişməyib", - deyə o, Rusiyanın keçid məntəqələri açılacağı təqdirdə etibarlı səyahət sənədləri olmayan şəxslərin sərhədi keçməsinə icazə verə biləcəyini iddia edib.

“Ona görə də indi sərhədi eksperimental olaraq da açmaq mümkün deyil”, - deyə baş nazir əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin noyabrında Finlandiya hökuməti üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axınını əsas gətirərək Rusiya Federasiyası ilə sərhəddə nəqliyyat vasitələrinin keçid məntəqələrini bağlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Helsinkinin sərhəd keçidlərini bağlamaq qərarı Avropada yeni ayırıcı xətlər yaradır və Moskvanın bu hərəkətlərə cavabı idarələrarası formatda işlənib hazırlanacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN