Ukrayna Silahlı Qüvvələrinin DXR-in Makeyevka şəhərinin mərkəzinə endirdiyi zərbənin qurbanlarının sayı 11-ə çatıb.
Tezadlar.az bildirir ki, bu barədə Ukraynanın Hərbi Cinayətlərin Sənədləşdirilməsi Departamentinin Telegram kanalında məlumat verilib.
“11 mülki şəxs, o cümlədən iki uşaq müxtəlif dərəcəli xəsarətlər alıb”, - məlumatda deyilir.
Daha əvvəl DXR rəhbəri Denis Puşilin atəş nəticəsində 10 nəfərin yaralandığını açıqlamışdı. Bir mülki vətəndaşın da öldüyü məlumdur.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri fevralın 8-i səhər saatlarından Makeyevkanı atəşə tutub. Nəticədə, raketlərdən biri doqquz mərtəbəli yaşayış binasının yaxınlığında partlayıb. Avtovağzal da hücuma məruz qalıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova vurğulayıb ki, Kiyev rejimi şəhəri atəşə tutmaqla bir daha özünün “qeyri-insani nasist mahiyyətini” göstərib.
E.ŞİRİNOV