Ukrayna Silahlı Qüvvələri Donetsk Xalq Respublikasında silah və hərbi texnikanın olmadığı yaşayış məntəqəsini atəşə tutub.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin qoşunların (qüvvələrin) birgə qrupu üzrə hərbi istintaq idarəsindən məlumat verilib.

Rusiya İstintaq Komitəsi qeyd edib ki, müstəntiqlər DXR-in Makeyevka mərkəzinin Ukrayna tərəfdən atəşə tutulmasının nəticələrini qeydə alıblar. “Baxış zamanı müəyyən edilib ki, çoxmənzilli yaşayış binalarına, minik avtomobillərinə, eləcə də mülki infrastruktur obyektlərinə ziyan dəyib, şüşələri sındırılıb, fasadlar dağıdılıb”, - deyə İstintaq Komitəsindən bildirilib.

Departament əlavə edib ki, atəş nəticəsində bir mülki şəxs həlak olub, ən azı daha üç nəfər müxtəlif dərəcəli, o cümlədən bir uşaq yaralanıb. “Zərərçəkənlər hazırda lazımi yardımın göstərilməsi üçün xəstəxanaya yerləşdirilib və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir”, - İstintaq Komitəsi qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN