Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kay Kallas və Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Marta Kosun Gürcüstan qanunlarını tənqid edən bəyanatları ikiüzlüdür.
Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Səhvləri etiraf etmək, zorakı mitinqləri pisləmək və Avropa Demokratiyaya Yardım Fondunun maliyyəsi haqqında ictimaiyyətə məlumat vermək əvəzinə, Gürcüstana qarşı məlumatsız və əsassız ittihamlar eşidirik”, - o deyib.
Kallas və Kos bəyanatlarında Gürcüstanın demokratik standartlardan uzaqlaşdığını və Aİ-nin gözləntilərinə cavab vermədiyini qeyd ediblər. Onlar deyirlər ki, Gürcüstan hökuməti müxalifəti yatırmaq üçün hədə-qorxu və zorakılıq taktikasına əl atıb. Onlar əlavə ediblər ki, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə edilən dəyişikliklər “ifadə və sərbəst toplaşmaq, eləcə də media azadlığı hüquqlarını pozacaq”.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze demişdi ki, Gürcüstanın Aİ ilə qeyri-sağlam münasibətlərinin səbəbi avropalı bürokratların respublikaya qarşı siyasətidir. Siyasətçi vurğulayıb ki, Tbilisi Brüssellə münasibətlərin hazırkı vəziyyətindən razı deyil.
E.ŞİRİNOV