"Avropa Parlamentinin qətnaməsi Gürcüstan dövlətinə qarşı növbəti hücumdur və bizə eyni qüvvələr tərəfindən idarə olunan 9 illik ağır rejimi xatırladır".

Tezadlar.az xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze Dubayda jurnalistlərə açıqlamasında Avropa Parlamentinin qəbul etdiyi qətnamədən danışarkən deyib. O, bunu Gürcüstan dövlətinə və medianın müstəqilliyinə qarşı növbəti hücum adlandırıb: “Bu qətnamənin bizim üçün heç bir dəyəri yoxdur. Bu, artıq altıncı ədalətsiz sənəddir və Gürcüstan dövlətinə qarşı növbəti hücumdur. Bu, bizə 9 illik ağır rejimi xatırladır. O dövrdə ölkəni idarə edən qüvvələr bu gün Avropa Parlamentində belə qətnamələr qəbul etdirirlər. Bu, çox təəssüf doğuran hadisədir və Avropa bürokratiyasının nüfuzuna ciddi zərbə vurur. Bu cür qərarlar Avropa bürokratiyasının nüfuzuna Gürcüstan cəmiyyətinin gözündə mənfi təsir göstərir", - deyə baş nazir qeyd edib. Kobaxidze ümid etdiyini bildirib ki, gələcəkdə Avropa İttifaqı və onun institutları daha sağlam siyasət yürüdəcək. Baş nazir vurğulayıb ki, eks-prezident Salome Zurabişvili ölkənin siyasi keçmişinin ağır hissəsidir: "Qətnamədə yer alan qeydlər tənqidə tab gətirmir: "Bu, Avropa Parlamentində mövcud olan “faciəvi vəziyyəti” əks etdirir".

Baş nazir əlavə edib ki, Gürcüstanın bu gün layiqli prezidenti var, lakin müəyyən qüvvələr bunu qəbul edə bilmirlər.

Gürcüstana təzyiqlər isə davam edir. Məsələn, “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili sanksiya çağırışlarından sonra 480 milyon dollardan çox sənət əsərlərini ABŞ və Böyük Britaniyadan Gürcüstana gətirib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN