Biz bilirik ki, aviaqəza ilə bağlı faciə həm Bakıda, həm də Moskvada çox həssas qarşılanır.

TEZADLAR.AZ xəbər verir ki, bunu Rusiya XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi həftəlik brifinqdə bildirib.

“Bizim münasibətlərin uzun tarixi var və müvafiq sənədlərlə təsbit olunub. Mən hesab edirəm ki, tarix varsa, münasibətlərin mövcud beynəlxalq hüquqi bazası varsa, bax, bu münasibətlərin gələcəyini də elə məhz bu iki faktor müəyyən edir. Əlbəttə ki, münasibətlərdə hər şey ola bilər, və biz hazırda bu narahatlığı yaşamaqdayıq. Biz bunu proses kimi duyuruq, qəlbimizlə duyuruq, çünki biz bilirik rəsmi Bakını nə narahat edir. Biz çox gözəl başa düşürük ki, həm Azərbaycan vətəndaşlarının, həm bizim vətəndaşların həyatına son qoymuş aviaqəza ilə bağlı yaşanmış faciə həm orada, həm də bizdə həssaslıqla qarşılanır. Biz, əlbəttə ki, başa düşürük ki, bütün bunların qeyri-havasız məkanda baş vermədiyini anlayırıq və çoxlarının bundan öz məqsədləri üçün istifadə etməyə çalışdığını görürük. Lakin bu cəhdlər, sözsüz ki, uğursuzluğa düçardır”, – deyə o bildirib.

Zaxarova Rusiya və Azərbaycan arasında tərəfdaş, müttəfiq münasibətlərin olduğunu qeyd edib.

“Düşünürəm ki, bütün bu cəhdlər uğursuzluğa düçardır və bizim əməkdaşlığın səviyyəsi, bizim xalqların dərinliyi və müdrikliyi bu çağırışın da öhdəsindən gəlməyə imkan verəcək”, - deyə Zaxarova bildirib.

Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramışdır. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olmuşdur. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və 29 nəfərin həyatını xilas etmək mümkün olmuşdur. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilmişdir (trend).

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN