YTP ilə aparıcı ali təhsil müəssisələri arasında Anlaşma Sazişi imzalanıb.
TEZADLAR.AZ xəbər verir ki, saziş ilə bağlı Multimedia Mərkəzinin rəhbəri,  Azərbaycan İnternet Forumunun Prezidenti, RİNN yanında İctimai Şuranın üzvü Osman Gündüz sosial media hesabında fikirlərini bölüşüb.
"Nəhayət ki, Elm və Təhsil Nazirliyinin (ETN) Yüksək Texnologiyalar Parkı (YTB) fəaliyyətə başlayır. Bu gün YTP ilə aparıcı ali təhsil müəssisələri arasında Anlaşma Sazişi imzalanıb. Bununla da 2026-cı ildən etibarən BDU, AzTU və ADNSU-nin seçilmiş SABAH qrupları proqramları YTP ərazisində qurulacaq “SABAH.city” innovasiya şəhərciyində tədris ediləcək.
Xatırladıram ki, YTP və SABAH.HUB innovasiyalar mərkəzi Xətai rayonu ərazisində, Ağ Şəhərin yaxınlığında 20 hektarlıq bir ərazidə nəhəng bir texnoparkın- SABAH.city innovasiya şəhərciyinin salınmasını planlayıb. Xeyli müddətdir ki, bu istiqamətdə işlər aparılırdı. Ötən ilki TİF-də bununla bağlı təqdimat olmuşdu.
SABAH.HUB ekosistemdə xeyli oturuşa bilibsə də, YTP haqqında bunu demək doğru olmazdı, bu qurum ekosistemdə hələlik öz yerini formalaşdıra bilməyib, ciddi layihələri və töhfələri gözə dəymir. Əvvəllər AMEA tabeliyində olan YTP 2022-ci ildən ETN-in tabeliyinə keçib.
Yeri gəlmişkən, SABAH.HUB həm də 25 milyonluq bir SABAH Fondunun formalaşdırılacağını elan edib. SABAH.city Azərbaycanın bütün startap və innovasiya ekosistemini, ofis məkanları və kovorkinq mərkəzlərini, tədqiqatlar və araşdırma mərkəzlərini, universitetləri və elmi-tədqiqat institularını fiziki olaraq əhatə edən bir innovativ infrastruktur qurmağı hədəfləyib.
Düşünürəm ki, bu layihənin reallaşması ilə universitet-biznes əlaqələri güclənəcək, tələbələrin əmək bazarına hazırlanması təkmilləşəcək, startap və innovasiya ekosistemin inkişafına da bir təkan veriləcək", - deyə Osman Gündüz açıqlayıb.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN