Artıq Azərbaycanda 18 deyil, 21 yaşına çatan şəxslərin mülki odlu silah əldə etmək hüququ olacaq.

TEZADLAR.AZ xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Xidməti və mülki silah haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə əsasən, bu qanunun tələblərinə müvafiq olaraq Azərbaycanda on səkkiz yaşına çatmış Azərbaycan vətəndaşlarının mülki silah əldə etmək hüququ var. Təklif edilən dəyişikliklə, Azərbaycanda on səkkiz yaşına çatmış Azərbaycan vətəndaşlarının odlu silah istisna olmaqla mülki silah əldə etmək hüququ olacaq. Həmçinin Azərbaycanda iyirmi bir yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ veriləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN