Mediatrends komandası artıq süni intellekt əsaslı Mediatrends Aİ Bot-u da aktiv edib.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə Multimedia Mərkəzinin rəhbəri,  Azərbaycan İnternet Forumunun Prezidenti, RİNN yanında İctimai Şuranın üzvü Osman Gündüz sosial media hesabında məlumat verib.

O, qeyd edib ki, Bot-un WhatsApp variantının testləri uğurla başa çatıb.

“Bot-un Telegram versiyası da aktivdir, test mərhələsindədir. Artıq Azərbaycanın və regionun bütün informasiya mühitinə Mediatrends Aİ Bot-la elə telefondan nəzarət edə bilərsiniz: biznesinizlə, rəqibləriniz və özünüzlə bağlı nə baş versə, anında telefonunuzdadır.

Sentiment analizlər, xülasələr, hesabatlar və təhlillər, rəqiblərin təhlili, infoqrafiklər və s. nə istəsəniz sistemdən generasiya edə bilərsiniz.

Yeri gəlmişkən, Mediatrends Özbəkistan və Gürcüstan (bazarları üçün də aktivdir. Partnyorluq etmək istəyənlər əlaqə saxlaya bilərlər”, - deyə o, vurğulayıb.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN