Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar kitab bağışlama aksiyası keçirildi.
Kitab bağışlama aksiyasında 158 №-li tam orta məktəbin 4, 8, 9-cu sinif şagirdləri iştirak etdi. Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova və Uşaq şöbəsinin müdiri Sevil Namazova məktəblilərə 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü haqqında məlumat verdilər. Onlar bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, blogerlərin və uşaq yazıçılarının dəstəyinin mühüm rol oynadığı qeyd etdilər. Kitabxana əməkdaşları uşaqları maraqlandıran sualları cavablandırdılar. Məktəblilərə onların sevdikləri kitablar hədiyyə olundu, kitabxananın oxucusu olmayanlar oxucu kimi qeydiyyata alındılar. Məktəblilər kitabxanadakı sərgilərlə tanış oldular. Məktəbin dərnək rəhbəri Türkanə Orucova məktəblilərin kitabxanaya cəlb edilməsi və onların kitaba marağının artılması işində dəstəyə görə kitabxana kollektivinə təşəkkürünü bildirdi.
E.Şirinov