Liftdəki o görüşü xatırlayırsınızmı ki, Azərbaycan prezidenti İlham Əliyev bu axmağı barmağına doladı və öz işini gördü? Təhlükəsizlik sistemimizin dağılmasının təməli elə o vaxtdan qoyuldu.
Bu barədə Ermənistanın 3-cü prezidenti Serj Sarqsyan «Честь имею» blokunun 11 iyunda seçkiqabağı kampaniyası zamanı deyib.
Onun sözlərinə görə, uzun müddətdir ki, ləyaqəti olmayan bu "şərəfsiz insanlar" belə bir şayiələr yayırdılar ki, Ermənistan Qarabağı tərk etməli və Azərbaycanla sülh şəraitində yaşamalıdır.
"Onlar hakimiyyətə gələn kimi bu tezisi daha da möhkəmləndirdilər", - deyə Sarqsyan vurğulayıb.
Üçüncü prezidentin sözlərinə görə, əgər Ermənistanın döyüş qabiliyyətli ordusu olmasa, onun təhlükəsizlik sistemi də olmayacaq.
"Nə qədər ki, onların orduya komandanlıq etmək imkanı var, bu ordu döyüş qabiliyyətli ola bilməz", - deyə respublikanın sabiq prezidenti bildirib.
Sarqsyanın sözlərindən belə çıxır ki, Ermənistanın ən “ləyaqətli” prezidenti elə onun özü olub. Əli yüzlərlə azərbaycanlının qanına batmış Sarqsyan hələ də 90-cu illərin eyferiyasından ayılmayıb və yenə də elə bilir ki, Ermənistan ordusu güclü bir ordu olub və s. kimi sərsəmləmələr. Amma bu cəllad bilməlidir ki, Azərbaycan və onun ordusu əvvəlki Azərbaycan deyil. İllərlə danışıqlar imitasiyası edən Sarqsyanın bəxti onda gətirdi ki, onun prezidentliyi Azərbayvan ordusunun erməni ordusunu 44 gün ərzində darmadığın etdiyi dövrdə olmayıb. Digər tərəfdən, bizim üçün fərqi yoxdur.Torpaqlarımızın işğaldan azad edilməsində şanlı ordumuzun qarşısında yüzlərlə şərəfli-şərəfsiz paşinyanlar, sarqsyanlar tab gətirə bilməzdi. Bir vaxtlar Qarabağı su yoluna döndərən Sarqsyanın cürəti varsa, Qarabağa indi getsin. Necə deyərlər, getdi o günlər. Erməni ordusu demək olar ki, yoxdur və sizin bir-birinizi söyməsi, didməsi də təbiidir. İstəsəniz də, istəməsəniz də məğlubiyyətlə barışmalısınız. Necə deyərlər, başınızı aşağı salın və yaşayın, yoxsa…
Şakir QURBANOV