Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə gələn həftə “Mediada islahatlara doğru” silsilə seminarlara start  veriləcək. MEDİA-dan “Təzadlar”a verilən məlumata görə, seminar 1 aylıq proqramdan ibarətdir.

Seminarın ilk təlim-iclası iyunun 14-dən başlayır və müxtəlif media sahələri üzrə davam edəcək. Növbəti seminar isə 18-19 iyun, 2021-ci il tarixlərdə, saat: 14:00-18:00-dək davam edəcək.

Seminar silsiləsinin açılış mərasimi ADA Universitetinin icraçı prorektoru  Fariz İsmayılzadə tərəfindən olacaq. Sonra Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva, Proqram Administratoru Aliyə Ağalarova açılış çıxışı edəcəklər.

Silsilə seminarların ilk günündə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Media haqqında” qanun layihəsi: yeni imkanlar və istiqamətlər”,  ADA Universitetinin İctimai və Beynəlxlaq münasibətlər məktəbinin müəllimi Şəfəq Mehrəliyeva “Müasir media mühitinə baxış”, “Jurnalistika və İctimai Əlaqələrin kəsişməsi” və “Ənənəvi və sosial mediada jurnalistika: Jurnalistika mədəniyyəti: dəyərlər, etik yanaşmalar və demokratiya” və s. mövzusunda məruzə ilə çıxış edəcəklər. Seminar bir ay davam edəcək.

Onu da qeyd edək ki, “Təzadlar”ın baş redaktoru, Avropa Media Federasiyasının üzvü Asif Mərzili də bir aylıq silsilə seminarlarda iştirak edəcək.

Elbar Şirinov

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN