Bu gün,  Brusselə səfərdən öncə keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana edəcəyi səfərdən danışıb.

O, NATO zirvəsindən sonra, iyunun 15-16-da Azərbaycan Prezidenti İlham Əliyevin dəvətilə Azərbaycana rəsmi səfər edəcəyini bildirib.

 R. T. Ərdoğan keçən il 10 dekabrda Bakıda Zəfər paradını, Azərbaycanın haqlı uğurunu izlədiyini xatırladıb: “Bu dəfə Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm. Qardaşım İlham Əliyevlə birlikdə Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilmiş, Türk Dünyası üçün də tarixi şəxsiyyətlər yetişdirmiş Şuşanı ziyarət edəcəyik. Şuşada ikitərəfli görüşlər keçirəcək, qardaşım Prezident İlham Əliyevlə birgə iki ölkə arasında əməkdaşlığın inkişaf imkanlarını müzakirə edəcəyik. 16 iyunda isə Bakıda Avropa Futbol Çempionatının seçmə qrup oyunları çərçivəsində Türkiyə Milli Futbol Komandasının Bakıda oyununu qardaşım İlham Əliyevlə birgə izləyəcəyik".

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN