«Təzadlar» qəzetinin Medianın İnkişafı Agentliyinin layihələrində qalib olması ilə qəzetin rəsmi saytının da proqram təminatının ən müasir səviyyədə olması barədə məlumat vermişdik.
Belə ki, Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə bu ilin iyul ayından bir sıra yeniliklərə imza atılmışdır. Qəzetin və saytın rəhbəri, Avropa Jurnalistlər Federasiyasının üzvü Asif Mərzili bu barədə danışarkən bildirmişdir ki, “...Məqsədimiz Azərbaycanın, bütünlüklə türk dünyasının maraqlarını dünyada qorumaq, Azərbaycan və Türkiyə həqiqətlərini dünyaya yaymaq, erməni yalanlarını ifşa etməkdir… Bunün üçün isə, təbii ki, saytın məlumat və yazılarının xarici dillərdə dünya oxucusu üçün əlçatan edilməsidir. Odur ki, qəzetin rəsmi tezadlar.az saytının ən müasir yeni proqram təminatı sayəsində hazırda istənilən yazını dünyanın 37 dilinə avtomatik tərcümə edib oxumaq mümkündür. Azərbaycan milli saytlarında ilk olaraq bu proqram tezadlar.az saytında tətbiq edilmişdir. Hətta biz erməni dilini də buraya daxil etmişik. Çünki həmişə erməni siyasətçilərin və tarixçilərin yalanları ilə aldadılmış sadə erməni ictimaiyyətinin indi Azərbaycan həqiqətlərinin nədən ibarət olduğunu bilməsi çox vacibdir…”.
Bu gün Moskvada yaşayan soydaşımız Azər Hüseynov “Təzadlar”ın elektron poştuna ermənilərin internet klublarında tezadlar.az saytındakı yazını erməni dilində oxuduqlarının şahidi olub və bu səhnəni göstərən fotoşəkil göndərib. O, klubda qonşuluqda əyləşən bir neçə erməninin özünü hələ də mövcud olmayan qondarma bir qurumun lideri hesab edərək sadə erməniləri aldadan Araik Arutunyanın Qarabağda terrorçu dəstə yaratmaq çağırışı ilə bağlı “Təzadlar”ın saytındakı yazını oxuduqlarını fotolaşdırıb.
Bəli, sadə ermənilər də artıq anlayır ki, Ermənistandakı siyasətçilər onların ac-yalavac qalmasının, didərgin düşərək Rusiya şəhərlərində çörək pulu qazanmalarının baiskarıdır.
A.Məmmədli