...Ermənistan terrorçuları bu gün həm də Kəlbəcər istiqamətində təxribat törədib, bu dəqiqələrdə də atışma gedir...
Bu barədə tanınmış hərbi ekspert Ədalət Verdiyev etibarlı hərbi mənbələrə istinadla məlumat yayıb... Məlum olur ki, Ermənistan silahlı qüvvələrinin bölmələri bu gün noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub. Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür, hazırda bu istiqamətdə atışma davam edir. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
XXX
Tam əminliklə demək olar ki, bütün bunlar dünən Türkiyədə reallaşan 8 Türk dövlətləri birliyinin toplantısından sonra baş verir və ermənilərin fəallaşmasında Rusiya faktoru təkzibedilməzdir... Açması hərbi-siyasi ekspertlərin ixtiyarında...
Asif Mərzili