"Vahid Milli Hərəkat" Partiyasının 9 deputatı ölkənin eks-prezidenti Mixeil Saakaşviliyə dəstək üçün aclıq aksiyasına başlayıb.
Bu barədə parlamentdə "Vahid Milli Hərəkat" partiyasının aparıcı üzvlərindən olan Davit Kirkitadze, brifinq keçirərək elan edib. Onun sözlərinə görə, deputatlar aclıq aksiyasını Saakaşvili mülki klinikaya yatırılanadək davam etdirəcəklər: "Gürcüstanda yaranmış vəziyyətdən xəbərdarsınız. Ölkənin üçüncü prezidenti artıq 45 gündür aclıq aksiyası keçirir. Onun sağlamlığına adekvat servislər təklif edilmir. Həmçinin bizim yoldaşımız, Elene Xoştaria da aclıq aksiyası keçirir. Buna görə də hazırkı mərhələdə biz, Gürcüstan parlamentinin 9 üzvü aclıq aksiyasına başlamaq barəsində qərar verdik. Bizim yeganə tələbimiz həkimlərin qərarı əsasında Mixeil Saakaşvilinin mülki xəstəxanaya yatırılmasıdır", - deyə Davit Kirkitadze əlavə edib. Qeyd edək ki, aclıq aksiyasına deputatlar -Akaki Minaşvili, Temur Canaşia, Baçuki Kardava, Nika Macutadze, Qiorqi Qodabrelidze, Sulxan Sibaşvili, Levan Bejaşvili, Abdulla İsmayılov və Davit Kirkitadzedir.
A.Məmmədli