Sabiq prezidentin vəkili Beka Basilayanın sözlərinə görə, aclıq aksiyasının 49-cu günündə olan Mixeil Saakaşvili huşunu itirib...
Bu barədə Basilaya jurnalistlərə az öncə verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, bu gün Saakaşvilinin vəziyyəti çox ağırlaşıb: "Tibbi cəhətdən qiymətləndirə bilmərəm, ancaq o, çox ağır vəziyyətdə idi. Mişa vəkillərlə görüşdən çıxdıqdan sonra, yuxarı qalxmalı idi. Otağa girdiyi zaman anidən yıxıldı. Bir neçə dəqiqə sonra xərək gətirdilər. Onu xərəyə yerləşdirdilər və tibb əməkdaşları gözlərini açmağa çalışırdılar. Bu dəqiqə onun vəziyyətinin necə olduğunu bilmirəm. Onu hara apardıqları barədə də məlumatım yoxdur, xərəyə yatırdaraq yuxarı çıxardılar," - deyə Basiliya əlavə edib. Xatırladaq ki, eks prezident Mixeil Saakaşvili 49 gündür aclıq aksiyası keçirir.
Məlum olduğu kimi, Saakaşvilinin mövcud vəziyyəti ilə bağlı ölkə prezidenti də narahatlığını bildirib, onun statusuna hörmətlə yanaşmağın vacibliyini qeyd edib...
A.Məmmədli