Azərbaycan noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat zamanı məhv edilən erməni hərbçilərdən üçünün cəsədini qarşı tərəfə verib.
Bunu trend-ə Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, cəsədlər bu gün axşam saatlarında Ermənistan tərəfə verilib. Onlar Azərbaycan-Ermənistan sərhədində təhvil alınıb.
***
Xatırladaq ki, bu gün Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da gedən döyüşlərdə 6 erməni hərbçinin öldüyünü, 13 nəfərin əsir, 19 nəfərin isə itkin düşdüyünü bildirib.
Beləliklə, 3 erməni hərbçinin də cəsədi qarşı tərəfə təhvil verildikdən sonra erməni hərbçilərinin ölü sayı 9-a çatıb. Yəqin ki, bu, hələ son rəqəm deyil...
Y.MƏMMƏDLİ