Ermənistanın təcavüzü və təxribatı düşmənə baha başa gəldi, ağır itki verərək geri çəkildi.
Niyyəti baş tutmayan düşmənin panikaya düşərək qaçması, Paşinyanın isə Azərbaycanla sülhə hazır olduğunu bəyan etməsi diqqəti çəkir... Bu gün-noyabrın 19-da "Sputnik Armeniya" Ermənistan Müdafiə Nazirliyinə istinadla məlumat verib ki, noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində döyüşlər zamanı altı erməni hərbçi həlak olub. Onların arasında bir leytenant, dörd muzdlu və bir sıravi var. Bundan öncə Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, bir nəfər həlak olub, 13 nəfər əsir və 24 nəfər itkin düşüb. Ermənistan hərbi idarəsinin nümayəndəsi polkovnik Boris Avaqyan bildirib ki, həlak olan iki nəfər Azərbaycan tərəfdədir və onların erməni tərəfə göndərilməsi məsələsi həll olunur. Onun sözlərinə görə, əsirlikdə olan ermənilərdən biri yaralanıb və Bakıda əməliyyat olunacaq.
Noyabrın 16-da Azərbaycan tərəfdən düşmənin qəfil hücumunun qarşısı alınarkən 7 hərbçi həlak olub, 10 nəfər yaralanıb.
A.Məmmədli