YEREVAN, 21 iyun 2021,/REGNUM/ Mitinq keçirmək çağırışı ilə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tərəfdarlarına müraciət edib.
Bu barədə o, iyunun 21-nə keçən gecə özünün "Vətəndaş Müqaviləsi"Partiyasının qərargahında elan edib.
Paşinyan bildirib ki, Ermənistan xalqı onun partiyasına "polad mandat" verib və bütün tərəfdarlarını iyunun 21-də saat 20:00-da (19:00-da) Yerevanda İnqilab Meydanında toplaşmağa çağırıb. Paşinyanın sözlərinə görə, xalq öz qərarını verib. Gözlənilirdi ki, bu seçkilərdə vətəndaş qalib gələcək və bu gözləntilər özünü doğrultdu. O əlavə edib ki, yaxın zamanlarda seçkilərdə iştirak edən bütün sağlam siyasi qüvvələrlə siyasi məsləhətləşmələrə başlayacaq.
Növbədənkənar parlament seçkisinin ilkin nəticələrinə görə, Ermənistanda seçicilərin 58% - i Paşinyanın Partiyasına səs verib. Paşinyanın əsas opponenti, ölkənin eks-prezidenti Robert Koçaryanın "Ermənistan" bloku isə 19% səs toplayıb.
Şakir QURBANOV