İtaliyanın baş naziri Mario Draqi, Almaniya kansleri Olaf Şuls və Fransa prezidenti Emmanuel Makron iyunun 16-da Ukraynaya səfər edəcək.

Tezadlar.az “European Truth”ə istinadla xəbər verir ki, bunu İtaliyanın “La Stampa” nəşri yazıb. Avropa ölkəsinin 3 lideri Ukrayna prezidenti Vladimir Zelenskiyə lazım olan dəstəyi vermək üçün bir araya gələcək. Səfər Avropa İttifaqının Ukraynanın Aİ üzvünə namizəd statusu ilə bağlı müraciətinə rəy verməsindən bir gün əvvəl baş tutacaq. Bu Aİ liderlərinin iyunun 23-24-də yekun sammitində siyasi qərarın qəbulu üçün əsaslar olacaq. Bazar günü Almaniyanın "Bild" nəşri yazıb ki, Şuls Fransa və İtaliya liderləri ilə birlikdə Kiyevə gəlir, lakin tarix açıqlanmamışdır. İyunun 11-də isə Avropa Şurasının rəhbəri Ursula Leyen Kiyevdə prezident Vladimir Zelenski ilə danışıq aparıb, Ukraynanın Aİ-yə üzvlüyünün qiymətləndirilməsini gələn həftənin sonunda yekunlaşdıracaqlarını bildirib. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN