Sən demə, zərbaycan Dəmir Yolları uzun müddət təbii inhisar qurumunun daxilində süni inhisar qurumu yaradıbmış... Bu barədə Multi-Media Mərkəzinin rəhbəri Osman Gündüz sərt açıqlama ilə çıxış edərək ADY-nin sabiq rəisi Cavid Qurbanovu tənqid edib. Sitat: "...Bir neçə gün öncə Azərbaycan Dəmir Yolları təbii inhisarçısının süni inhisara çevrilməsi ilə bağlı status paylaşmışdım. Burada söhbət yalnız dəmir yolu ilə sərnişindaşımanın, Bakı -Balakən, Bakı -Qazax, Bakı -Yalama, Bakı -Astara qatarlarının süni olaraq dayandırılmasından gedirdi. Mən elə bilirdim Azərbaycan Dəmir Yolları qurumunda yalnız sərnişindaşıma bərbad vəziyyətdədir. Hansı ki, iki ildir (Savid Qurbanovun fəiliyyətini əhatə edən dövr.RED.) ADY daxili dəmir yolları vasitəsilə sərnişindaşımanı əsassız olaraq dayandırıb. İndi Antiinhisar Dövlət Xidmətinin açıqlamasından aydın olur ki, bu qurumda yükdaşıma ondan da betər gündəymiş. Antiinhisar Dövlət Xidmətinin açıqlamasından belə anlaşılır ki, xeyli müddətdir ADY özəl bir qurum olaraq fəaliyyət göstərirmiş...".
Ekspert əlavə edib: "...Yəni, qurum yük vaqonlarını və yükdaşıma səlahiyyətini verirmiş özünün ekspeditor qurumlarına, onlar da necə istəyirlər elə də işləyirlərmiş. Qısası, təbii inhisar qurumu olan ADY daxilində yeni bir süni inhirsarçı olan ADYE EKSPEDİTOR qurumları yaradılıbmış... Antiinhisarı-n qərarına əsasən artıq ADY –nin formalaşdırdığı ekspeditor fəaliyyəti dayandırılmalı, vaqonların müsabiqə əsasında və şəffaf formada icarəyə verilməsi, ayrı-seçkiliyə son qoyulması , əlçatanlıq üçün rəqəmsal platformaların yaradılması təmin edilməlidir. Sadəcə bir məsələ anlaşılmaz qalıb. Antiinhisar iki ildir fəaliyyəti dayandırılan sərnişindaşımaya münasibət bildirməyib. Yəni, iki ildir ki bu nəhənglidə ADY heç bir ağlabatan açıqlama vermədən əsas daxili istiqamətlər üzrə sərnişin qatarlarının fəaliyyətini bloklayıb. Antiinhisar öz açıqlamasında yalnız sərnişindaşımada istehlakçıların ehtiyaclarını nəzərə almaqla sərnişin vaqonlarından daha səmərəli istiqfadə edilməsi üçün təkliflərin hazırlanmasını tapşırıb. Antiinhisar Dövlət Xidmətinin ADY təbii inhisarçısına qarşı atdığı addımlar çox təqdirəlayiq olsa da, dəmir yolu ilə sərnişindaşımaların nə zaman gerçəkləşəcəyi hələ də sual altındadır...".
Cavid Qurbanovun hələki Osman Gündüzün bu açıqlamasına münasibəti yoxdur. Səbəb bəllidir... 
SƏBUHİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN