...Bir ara erməni mətbuatı və xaricdə sığınacaq tapmış bəzi seperatçılar ara qarışdırmaq niyyətli xəbərlər paylaşırdılar ki, guya Azərbaycanın 44 günlük Vətən savaşında ön xəttə daha çox talış millətindən olanlar göndərilirmiş və guya buna görə də talışlar arasında şəhidlərin sayı çox olmuşdur və s.

Əslən Azərbaycanın Cənub bölgəsindən olan ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev "Təzadlar"a bu və ya digər sualları cavablandırarkən olduqca maraqlı məqama toxundu:

-Məsələ ondadır ki, 44 günlük müharibədə Azərbaycanın hər bir övladı ana Vətənini düşməndən müdafiə etmək və işğalçı erməniləri torpaqlarımızdan qovmaq üçün könüllü olaraq döyüşə atılmışdılar... Bilirsiniz ki, hər bir müharibədə əsas ağırlıq kəşfiyyatçıların üzərinə düşür. Kəşfiyyatda isə düşmənin dilini bilmək və ratsiyada düşmənin başa düşmədiyi dildə danışmaq, düşmənin bilmədiyi parollardan istifadə etmək olduqca vacibdir. Ermənilər bütün dilləri bilirdi və ya başa düşürdü. Təkcə talış dilindən başqa. Ona görə də cənub bölgəsində yaşayan vətənpərvər oğullarımız, hansı ki, talış dilini mükəmməl bilirdilər və ya talış millətindəndirlər, onlar kəşfiyyatçı kimi ön sıralara getmək üçün müraciət etmişdilər... Döyüş vaxtı isə onların arasında da itkilər olurdu. Bu səbəbdən də bizi sevməyən bəzi qüvvələr süni olaraq ara vurmaq, guya mənfi rəy yaratmaq üçün belə yersiz iddialar irəli sürürdülər... Azərbaycan hər birimizin vətənidir və onun hər qarış torpağı uğrunda şəhid olmaq, düşmənə qan uddurmaq şərəf məsələsidir...

A.Məmmədli

P.S.Nazir müavini Firdovsi Əliyevin video-şərhi tezliklə təqdim ediləcək...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN