Prezident İlham Əliyev bir daha ermənilərə səsləndi və "Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir", -deyərək düşmən ölkənin siyasi hakimiyyətinə xəbərdarlıq etdi...

İ.Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə bir daha dedi ki, 30 il ərzində Ermənistan hökuməti öz xalqını yalan danışaraq aldadıb. Sitat: "Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Onlar hesab edirdilər ki, orduları məğlubedilməzdir və öz orduları haqqında olmayan şayiələri yayırdılar. Biz göstərdik ki, onlar Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməzlər. Onlar bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt silahlı yollarla ala bilməz. Çünki həm qurulmuş istehkamlar, həm 30 il ərzində mühəndislik işlərinin aparılması, həm də ki, bu bölgənin coğrafiyası onlar üçün çox əlverişli idi. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, dəmir yumruq yerindədir".

Prezident əlavə etdi ki, Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır: "Heç vaxt olmayan, Ermənistan sərhədinə gedən bir çox yollar salınır ki, biz mövqelərə daha rahat gələ bilək".

İlham Əliyev həmçinin, Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edildiyini bildirib.

*** 

Bəli, Ermənistan gec də olsa, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla barışmalı, düşmənçiliyindən əl çəkməli, bundan sonrakı mövcudluğunu qorumağa çalışmalıdır. Tarix boyu arxalandığı, dünyaya əzələ nümayiş etdirən Rusiyanın da günü bəllidir, bundan dərs götürməlidir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN