TANINMIŞ HEYKƏLTƏRAŞ-RƏSSAM MƏDƏNİYYƏT NAZİRLİYİNİ MƏHKƏMƏYƏ VERDİ - I YAZI
Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltəraş-rəssam Cümşüd Rəşid oğlu İbrahimli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini, Azərbaycan Rəssamlar İttifaqının İstehsalat-Yaradıcılıq Kombinatını, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Qurban oğlu Xəlilovu və Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Yusif qızı Məmmədəliyevanı məhkəməyə verib.