YAŞAR NURİNİN DOĞUM GÜNÜDÜR
Bu gün unudulmaz sənətkarın anadan olmasından 71 il ötür.
Bu gün unudulmaz sənətkarın anadan olmasından 71 il ötür.
Dünən Astara rayonunda tarixi romanlar yazarı, publisist Yunus Oğuzun şəhid ailələri və qazilərlə görüşü keçirilib. Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın -"Cığır"in da müzakirə olunduğu tədbirdə icra hakimiyyətinin məsul işçisi Fəhmin Qurbanov və Astara rayonu Şüvü kənd kitabxana filialının müdiri Ceyhun Babayev iştirak ediblər. Tədbirdə Vətən müharibəsi qəhrəmanı şəhid Əli Feyziyevin anası Rəvayət Feyziyeva, Vətən müharibəsi qəhrəmanı şəhidinin bacısı Aysel Əkbərova və Vətən müharibəsinin qaziləri iştirak ediblər. Tədbirin aparıcısı Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov Yunus Oğuzun həyat və yaradıcılığı haqqında iştirakçılara, şəhid ailələri və qazilərə məlumat verdikdən sonra qonaqlar "Cığır" romanı haqqında fikirlərini səsləndiriblər. Tədbirin sonunda şəhid və qazi ailələrinə "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.
***
Yunus Oğuz məhsuldar yaradıcı fəaliyyəti ilə bir çoxlarına nümunədir. Onun tarixi romanları Azərbaycanın keçmişinə işıq salan bəddi nümunə kimi yüksək qiymətləndirilir.
A.Məmmədli
Media və Mülki Cəmiyyət İctimai Birliyi əhaliyə pulsuz hüquqi yardım göstərəcək...
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 4 saylı filialı ilə birgə Milli Qəhrəman Çingiz Mustafayevin anadan olmasının 62-ci ildönümü ilə bağlı tədbir keçirib.
Görkəmli yazıçı Əlibala Hacızadənin bu gün anadan olmasının 87-ci ili tamam olur.