TEZADLAR.AZ Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov tutduğu vəzifədən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilsin.
lham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2022-ci il