Emin Qabil oğlu Musaviyə “Əməkdar jurnalist” fəxri adı verilib.
TEZADLAR.AZ Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Jurnalistika sahəsində səmərəli fəaliyyətinə görə Emin Qabil oğlu Musaviyə “Əməkdar jurnalist” fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2022-ci il