Mayın 15-də Yasamal rayon Heydər Əliyev Mərkəzində "Təzadlar" qəzetinin təsisçisi və baş redaktoru,
Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzilinin əfsanəvi kəşviyyatçı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edən "Sonuncu əmr" romanının ictimai müzakirəsi keçirildi.
Qeyd edək ki, tədbirə gələn qonaqların bu möhtəşəm Mərkəzin foyesinə daxil olan kimi ilk diqqətini çəkən isə Ulu öndər Heydər Əliyevin qələmlə çəkilmiş portretləri oldu.
Məlum oldu ki, həmin portretlər gənc rəssam Vəfa Sadıqova tərəfindən çəkilib.
Vəfa Sadıqova özü bu barədə TEZADLAR.AZ-a məlumat verdi: "...Rəssamlıq Akademiyasının “Qrafika” fakültəsini bitirmişəm. Yasamal rayon Heydər Əliyev Mərkəzində bərpaçı rəssam kimi çalışıram. Yağlı boya ilə də rəsm əsərləri çəkirəm. Bu günlərdə Heydər Əliyev Mərkəzində sərgim də keçiriləcək. Ümummilli Lider Heydər Əliyevin portretlərini böyük məsuliyyət hissi ilə və sevərək işləmişəm. Heydər Əliyevlə bağlı başqa rəsm əsərlərim də var”, - deyə Vəfa Sadıqova qeyd etdi.
İstedadlı rəssam Vəfa Sadıqovaya yalnız uğurlar arzulayırıq!
Y.Məmmədli