Müğənni Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.

Bu barədə "Təzadlar"a DİN-in Mətbuat xidmətindən bildirilib. Məlumatda deyilir ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. "Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək".

Hələki müğənninin təqib edilməsinin motivləri bəlli deyil. Lakin sosial şəbəkələrdə bunun qısqanclıq zəminində baş verdiyi bildirilir.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN