Azərbaycan Texniki Universiteti (AzTU) ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq uğurla davam edir.
AzTU-dan Tezadlar.az-a bildirilib ki, əməkdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Sənayedə mühərriklərin quraşdırılması və avtomatik (PLC-lə) idarə olunması” (PLC proqramlaşdırma dili, 3 fazalı mühərriklərin idarə edilməsi, Pnevmatik sistemlərin qurulması) təlimində iştirak edən AzTU tələbələrinə sertifikatlar təqdim olunub.
İki ay müddətində davam edən təlimlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin metodist-təlimçi heyəti tərəfindən həyata keçirilib.
Qeyd edək ki, təlim namizədlərin ixtisas üzrə bilik və bacarıqlarının artırılması, həmçinin əmək bazarı üçün kadr hazırlığı həyata keçirmək məqsədilə təşkil olunub.
E.ŞİRİNOV