Son zamanlar başının üstündən əsən qara yellər, deyəsən, Gəncə regional təhsilini kökündən laxlatmağa başlayıb. Məsələ o qədər də sadə deyil. Çünki Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin fəaliyyətindən narazılıqlar səngimək bilmir. Əksinə, proses daha dramatik şəkil alıb...

...Goranboy rayon Dəliməmmədli şəhər tam orta məktəbinin xanım direktoru Gültəkin Cəfərova öz yaxınlarına intihar edəcəyini deyib. Məlumata görə, direktor Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin əməllərindən cana doyduğunu, əsassız ittihamlarından bezdiyini bildirib. Əldə etdiyimiz məlumata görə, direktor hazırda Bakıdadır, o, yuxarı qurumlara və Təhsil Nazirliyinə şikayət ərizəsi ilə müraciət edib.

Direktorun yaxınlarından biri bildirib ki, özünü region təhsilinin "qoçusu" kimi aparan Anar Qədimalıyev bir neçə gün əvvəl Dəliməmmədli məktəbinə gələrək G.Cəfərovanı kollektivin gözü qarşısında ağır sözlərlə təhqir edib, onu direktorluqdan qovacağını deyib. Bundan sonra direktor ağır mənəvi sarsıntı keçirib və şikayət məqsədilə Bakıya gedib, indi də paytaxtdadır.

Mənbənin sözlərinə görə, Anar Qədiməliyev bu məktəbə də öz yaxınlarından birini (məktəbdə Afət adlı musiqi müəllimini – red.) direktor gətirmək istəyir.

Xatırladaq ki, dünən Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbinin direktoru Mətanət Qarayeva səhər saatlarında intihara cəhd edib. Onun intihara qərar verməsinə səbəb kimi Anar Qədiməliyevin təzyiqləri göstərilir. Hadisə üzrə Baş prokurorluq və Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırma aparıldığı, müvafiq cinayət işi açıldığı bildirilir.

Toxunulan faktlara dair qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN