Trans yağlar bədxassəli şişlərin əmələ gəlməsində əsas rola malikdir.

Pin It

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində Goranboy şəhərinin A.Mustafayev küçəsi 5 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əliyev Fuad Məmməd oğluna məxsus bazarda yoxlama keçiriblər.

Pin It

  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən

Pin It

06.04.2024-cü il tarixində saat 09:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, Azadlıq prospektində mənzildə yanğın olması səbəbilə çağırış daxil olub.

Pin It

Tezadlar.az saytına Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 2, mənzil 94 ünvanında yaşayan, 6 saylı şəhər poliklinikasının masajçısı, I qrup  gözdən əlil Kadırmetov Alik Ramisoviç tərəfindən Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya ünvanlanmış müraciəti daxil olub.

Müraciətdə deyilir:

"Hörmətli Mehriban xanım!

İlk növbədə qeyd etmək istəyirəm ki, Sizin ölkəmizin inkişafı yolunda gördüyünüz böyük işləri hər zaman yaxından izləyirəm və milli dövlətçilik ənənələrinin qorunub saxlanılması ilə yanaşı, zəngin mədəniyyətimizin bütün dünyaya tanıtmaq istiqamətindəki fəaliyyətinizdən bir Azərbaycan vətəndaşı kimi qürur hissi keçirirəm. Milli musiqimizin təbliği sahəsində və muğam sənətinin inkişafındakı əvəzsiz xidmətləriniz yüksək tərəqqiyə gedən yolun tərkib hissəsidir. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, ölkəmizdə ildən-ilə güclənən sosial müdafiə tədbirlərinin əhatə etdiyi həssas əhali qruplarından biri də gözdən əlilliyi olan şəxslərdir ki, məhz Sizin diqqət və qayğınız nəticəsində bu kateqoriyadan olan şəxslərin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasına geniş şərait yaradılıb. Həmçinin, Heydər Əliyev Fondunun dəstəyini də nəzərə alsaq, xüsusilə qeyd edilməlidir ki, birgə fəaliyyət nəticəsində Azərbaycan Respublikasında səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə nəzarəti həyata keçirən TƏBİB dövlətimizin səhiyyə ilə bağlı siyasətinə müsbət töhfələr verməklə, qarşıya qoydugu məqsədlərdən birincisi kimi, əhalinin sağlamlığının qorunması işində həyata keçirilən tədbirlərin yüksək effektivliyi nəticəsində əhalini razı salır.

Hörmətli Mehriban xanım!

Məlum olduğu kimi, hər bir sahədə, insanların peşə fəaliyyətində xırda çətinliklər olur ki, bu da vətəndaşlar tərəfindən edilən rəsmi müraciətlər əsasında qısa bir zamanda öz müsbət həllini tapır. Mən də bir vətəndaş kimi, üzümü Sizə tutub, məzmunca  kiçik, lakin mahiyyətcə çox böyük olan bir məsələdə mənə köməklik göstərməyinizi Sizdən xahiş edirəm. Çox yaxşı bilirik ki, insanların ən çətin günlərində öz humanizm prinsiplərinizə uyğun olaraq, heç kimi darda qoymurunuz, hamıya xoşbəxt həyat yaşamağı nəsib  edirsiniz. Bu üzdən də hamı Sizə üz tutur, dərdlərini bölüşür, problemlərdən çıxış yollarını birgə axtarır və həmişə də müsbət nəticələrin əldə olunmasına nail olurlar.

Hörmətli Mehriban xanım!

Sizdən çox xahiş edirəm ki, 26.04.2024- cü il tarixdə mövcud qanunvericiliyə uyğun olaraq təqaüdə çıxma yaşımın tamam olması ilə əlaqədar "Bilgəh" kardioloji sanatoriyasında 39 il, hazırda Bakının Xətai rayonunda yerləşən 6 saylı şəhər poliklinikasında insanlara göstərdiyim 6 illik (ümumilikdə 45 il) masaj xidməti sahəsindəki fəaliyyətimi və bu istiqamətdə yarımçıq qalan işlərimi tamamlamağımı, eyni zamanda I qrup gözdən əlil oldugumu nəzərə alıb daha bir il fəaliyyət göstərməyim üçün mənə şərait yaradılması istiqamətində aidiyyəti üzrə öz müvafiq tapşırıqlarınızı verəsiniz.

İnanıram ki, həssas əhali qrupunun bir üzvü kimi etdiyim xahiş tərəfinizdən diqqətdə saxlanılacaq və bu istiqamətdə əlinizdən gələn köməyi əsirgəməyəcəksiniz. Sizə əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm.

Sonda onu da bildirmək istəyirəm ki, aşağıda adları qeyd olunan şəxslər tərəfimdən  müalicəvi masaj xidmətinin davam etdirilməsini Sizdən xahiş edirlər: Rzayev Cavanşir Mir Mahmud oğlu, Əhmədova Arzu Səməd qızı, Mehdiyeva Həqiqət Cəlil qızı, Babayeva Sevil Səfər qızı, Bilalova  Dilarə Gülmirzə qızı, Namazova Samirə Sahib qızı, Şəmçiyeva Nuranə Elçinovna qızı, Heydərova Göyçək Qədir qızı, Əlizadə Selcan Mənsur qızı, Əhmədov Həsən Rafail oğlu, İbrahimxəlilov Elnur Ələsgər oğlu, Quliyeva Təranə Malik qızı, Axundov İmran İsa oğlu, Mirzəliyev Rövşən İlqar oğlu və s.". 

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova rəsmi müraciət edilib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN